AZ

Həmzət Çimayevin yeni rəqibi bəlli olub

UFC-də növbəti döyüşlər bəlli olub.

İdman.Biz xəbər verir ki, Həmzət Çimayev mayın 9-da titulunu müdafiə edəcək.

O, UFC 328 turniri çərçivəsində Şon Striklend ilə üz-üzə gələcək.

Bu qarşılaşma H.Çimayevin orta çəkidə qazandığı kəməri ilk dəfə qoruyacağı döyüş kimi tarixə düşəcək.

Qeyd edək ki, döyüşçü MMA karyerası ərzində hələ də məğlubiyyətlə üzləşməyib.

Xatırladaq ki, Ş.Striklend isə son olaraq ötən ay oktaqona çıxıb. O, həmin görüşdə Entoni Ernandesi üzərində texniki nokautla qələbə qazanıb.

İdman.Biz
Seçilən
59
1
idman.biz

2Mənbələr