AZ

“Sabah” PSJ ilə danışıqları dayandırıb – Transfer baş tutacaq?

“Sabah”ın PSJ-nin qapıçısı Bilal Laurendonla maraqlandığından xəbərdarsınız.

Bu barədə bir neçə gün öncə Fransa mətbuatı məlumat yaymışdı. İddiaya görə, Paris təmsilçisi ilə müqaviləsi yayda başa çatan 20 yaşlı qolkiper Azərbaycan klubuna azad agent statusunda qoşulacaq. Tərəflər arasında müqavilənin əsas şərtlərinin artıq razılaşdırıldığı bildirilmişdi.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, qapıçı klubun transfer siyahısındadır. Ancaq tərəflər arasında bir müddət danışıqlar getsə də, sonradan davam etdirilməyib.

Bu səbəbdən də hələlik yekun razılıq yoxdur. Qapıçının Azərbaycan klubuna keçib-keçməyəcəyi bəlli deyil. 

Mərakeş millisinin üzvü olan Laurendon 2019-cu ildən PSJ-də çıxış edir. O, əsas komandada rəsmi debüt etməsə də, bir neçə qarşılaşmada iştirak ərizəsinə daxil edilib və klubun akademiyasında yetişən perspektivli qapıçılardan biri hesab olunur.

 

Seçilən
23
idmanxeber.az

1Mənbələr