AZ

Mərkəzi Klinikadan xəstələrə qarşı “qaniçən” addım – Bu pullar hara gedir! – FOTO

Mərkəzi Klinikada yeni parkinq tarifləri narazılığa səbəb olub.
Bu barədə Həftəlik.aza şikayət daxil olub.
Qeyd edilib ki, bu yaxında Mərkəzi Klinikada parklanma qiymətləri tətbiq olunub.
Lakin qiymət tarifi yüksək təyin edildiyindən vətəndaşların narazılığına səbəb olub.
Belə ki, Klinikada 1 saata qədər ödəniş 2 manat, 1-3 saat arası 3 manat, 3-5 saat arası 5 manat, 5-7 saat 7 manat, 7-9 saat 8 manat, 9-12 saat 9 manat, 12-26 saat isə 10 manat sair təyin edilib.
Şikayətçilər bildiriblər insanlara səhiyyə xidməti göstərən bir səhiyyə müəssisəsində parkinq tariflərinin bu cür yüksək təyinatı anti-humanist, xalq dilində desək “qaniçən” addımdır.
Vurğulanıb ki, onsuz da klinikaya gələnlərin böyük əksəriyyəti xəstələrdir, hər bir müayinə üçün yüksək ödənişlər etməli olurlar, bir tərəfdən də ticarət mərkəzlərinin parkinq xidmətləri ilə eyni tariflərdə dayanacaq xidmətinin göstərilməsi onların əsəblərinə əlavə təsir göstərir.
“Axı bura mol deyil, ticarət mərkəzi deyil, biz bura əylənməyə gəlmirik ki, parkinqə yüksək qiymətlər qoyursunuz”, – şikayətçilərdən biri gileylənib.
Xatırladaq ki, son aylara qədər Mərkəzi Xəstəxanada parkinq xidmətləri ödənişsiz idi. Klinikanın niyə birdən-birə pullu xidmətə keçməsi və nə üçün belə yüksək tariflər təyin etməsi anlaşılmır.

 

Seçilən
21
heftelik.az

1Mənbələr