AZ

QHT üzvləri şəhid Əhmədli Qardaşxan Elxan oğlunun xatirəsini anıblar - FOTOLAR

“Vətən Naminə Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin üzvləri şəhid Əhmədli Qardaşxan Elxan oğlunun mövlud mərasimində iştirak ediblər.

QHT.az xəbər verir ki, tədbir çərçivəsində şəhidin xatirəsi yad edilib, məzarı ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb və dualar oxunub. Mərasimdə iştirak edənlər şəhidimizin göstərdiyi qəhrəmanlıqdan danışaraq onun əziz xatirəsinin daim qəlblərdə yaşayacağını bildiriblər. Qeyd olunub ki, Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinin yaşadılması və onların ailələrinə dəstək göstərilməsi hər bir vətəndaşın mənəvi borcudur. Bu kimi tədbirlər şəhidlərimizin qəhrəmanlığının gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır.

Mərasim iştirakçıları Allahdan bütün şəhidlərimizə rəhmət diləyərək, onların məqamının uca olmasını arzulayıblar.

Seçilən
47
qht.az

1Mənbələr