AZ

İsrail Beyrutdakı erməni məhəlləsinə hücum ETDİ

İsrail Beyrutun şimalında yerləşən və əsasən ermənilərin yaşadığı Nəbaa rayonundakı Burc Hammud məhəlləsinə zərbə endirib.

Redaktor.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində yaşayış binalarından birində yanğın baş verib. Agentlik qeyd edir ki, bu, son hərbi əməliyyatlar və 2024-cü ildə Hizbullah ilə İsrail arasında baş verən münaqişə zamanı sözügedən erməni məhəlləsinə edilən ilk zərbədir.

Hadisə nəticəsində ölən və ya yaralananlar barədə məlumat verilməyib.

Bundan əlavə, Livan Səhiyyə Nazirliyi İsrailin bu gün səhər saatlarında Beyrutun cənub-qərb sahilində yerləşən Jna məhəlləsinə də hücum etdiyini və nəticədə bir nəfərin öldüyünü açıqlayıb.

Zərbələrdən sonra İsrail ordusu Beyrutda Hizbullahın bir obyektini hədəf aldığını bildirib. Qeyd olunur ki, hər iki məhəllə Beyrutun cənub ətraflarından kənarda yerləşir və İsrail ordusu həmin ərazilərin sakinlərinə təxliyə olunmaları barədə xəbərdarlıq edib.

Aminə ŞAHSUVARQIZI

Seçilən
34
redaktor.az

1Mənbələr