AZ

ABŞ İran gəmisinə zərbə endirib

ABŞ

ABŞ hərbçiləri Irana məxsus və USS Abraham Lincoln aviadaşıyıcısına həddindən artıq yaxınlaşan gəmiyə hücum edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə CBS telekanalı iki mənbəyə istinadla məlumat verib.

Məlumata görə, gəmiyə gəmi topundan atəş açılıb, həmçinin döyüş helikopterindən iki raket buraxılıb. İran gəmisinə hansı hərbi gəminin atəş açdığı dəqiqləşdirilməyib. Gəminin və heyətinin taleyi də hələlik məlum deyil. Hadisənin həftənin əvvəlində baş verdiyi bildirilir.

CBS qeyd edib ki, USS Abraham Lincoln gəmisinə iki esmines, USS Spruance və USS Michael Murphy müşayiət edir. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bu məlumatla bağlı telekanala şərh verməkdən imtina edib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin USS Abraham Linkoln təyyarədaşıyan gəmisi ABŞ-İsrail hərbi əməliyyatının keçirildiyi ərazidədir. Qırmızı dənizdə ikinci bir təyyarədaşıyan gəmi olan USS Gerald R. Ford yerləşir.

Məryəm Quliyeva

Seçilən
23
xalqcebhesi.az

1Mənbələr