İngiltərənin "Tottenhem Hotspur" klubunun müdafiəçisi Kristian Romero yay transfer pəncərəsində komandasını dəyişə bilər.
Milli.Az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, argentinalı futbolçuya Avropanın bir neçə nəhəng klubu maraq göstərir. Onun xidmətində xüsusilə "Real Madrid", "Mançester Yunayted", "Arsenal" və "İnter" maraqlıdır.
Bildirilir ki, "Tottenhem"rəhbərliyi futbolçu ilə yeni müqavilə imzalasa da, komandanın Premier Liqadan düşməsi halında klubun maliyyə vəziyyəti zəifləyə bilər. Bu səbəbdən rəhbərlik uyğun təklif olacağı təqdirdə müdafiəçinin satışına razılıq verə bilər.
Mənbələrin məlumatına görə, həm "Mançester, həm də "Arsenal" 25 yaşlı futbolçunu müdafiə xəttini gücləndirəcək və komandada liderlik edə biləcək oyunçu kimi görür.
Eyni zamanda "İnter" də vəziyyəti diqqətlə izləyir. Lakin İtaliya klubunun əsas narahatlığı "Real Madrid"in də transfer uğrunda mübarizəyə qoşulmasıdır. Bu səbəbdən milanlıların futbolçu ilə danışıqlara başlamaqda tərəddüd etdiyi qeyd olunur.
Hüseyn
Milli.Az