AZ

“İşte Benim Stilim”in iştirakçısı məktub yazıb, intihar etdi

“İşte Benim Stilim” yarışmasının iştirakçısı Ayşegül Eraslan İstanbuldakı evində ölü tapılıb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki,  27 yaşlı moda dizayneri və sosial media fenomeni Ayşegül ölümündən qısa müddət əvvəl sosial şəbəkədə qan izləri olan məktub fotosu paylaşaraq izləyiciləri ilə vidalaşıb.

Məlumata görə, Ayşegülün intihar etdiyi iddia olunur, lakin hadisə ilə bağlı rəsmi açıqlama verilməyib və araşdırma aparılır.

Xatırladaq ki, Ayşegül Eraslan moda sahəsində fəaliyyət göstərib, müxtəlif dəfilələrdə və moda tədbirlərində iştirak edib, həmçinin öz moda brendini yaradıb. Sosial şəbəkələrdə isə geniş izləyici kütləsinə sahib idi.

Ayxanım Məlikova

Seçilən
41
unikal.az

1Mənbələr