İranın İraqın Ərbil şəhərinə endirdiyi zərbələr zamanı fransalı hərbçi Arno Frion həlak olub.
Sitat.info xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron özünün X səhifəsində yazıb.
Ərbil qubernatoru Omed Koşnava da bildirib ki, İran Ərbildə peşmərgənin bazasına PUA zərbələri endirib.
Onun sözlərinə görə, zərbələr nəticəsində daha 6 fransalı hərbçi yaralanıb.
Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı başlayandan bəri islam Respublikası Ərbilə bir neçə dəfə zərbələr endirib.