AZ

İrandan Türkiyəyə daha bir raketin atıldığı iddia edilir


İrandan atılan raketin Türkiyənin Adana vilayətindəki İncirlik Hərbi Hava Bazasını hədəf aldığı bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İddiaya görə, sözügedən raket NATO qüvvələri tərəfindən havada zərərsizləşdirilib.
Bildirilir ki, sözügedən hücum təhlükəsi səbəbilə Adanada saat 03:25-də (Bakı vaxtı ilə 04:25) həyəcan siqnalı çalınmağa başlayıb və təxminən 5 dəqiqə davam edib.
Türkiyənin Milli Müdafiə Nazirliyi iddialarla bağlı heç bir rəsmi açıqlama verməyib.
Seçilən
10
2
yeniavaz.com

3Mənbələr