AZ

İraqda Fransa hərbçilərinə hücum edilib: Ölən və yaralılar var

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İraqın Ərbil şəhərindəki hərbi bazaya hücum zamanı Fransa hərbçisi həlak olub.

Oxu.Az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron sosial şəbəkə hesabında məlumat yayıb.

Ölkə başçısının sözlərinə görə, hadisə zamanı bir neçə hərbçi də yaralanıb.

Makron İŞİD-ə qarşı mübarizədə iştirak edən Fransa qüvvələrinə edilən hücumu qəbuledilməz adlandırıb:

"Onların İraqdakı mövcudluğu yalnız terrorizmə qarşı mübarizə çərçivəsindədir. İrandakı müharibə bu cür hücumlar üçün bəhanə ola bilməz".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
oxu.az

1Mənbələr