“Real”ın qapıçısı Tibo Kurtua UEFA Çempionlar Liqası tarixində ən çox məhsuldar ötürmə edən qapıçı olub.
QOL.az xəbər verir ki, məlumatı “Opta” yayıb. Belçikalı futbolçu turnirdə artıq 3 assist edib. Onlardan ikisi cari mövsümdə qeydə alınıb.
Bu göstərici ilə Kurtua turnir tarixində rekordçuya çevrilib. Siyahıda ikinci yeri isə 2 assistlə sabiq qapıçılar Jose Fransisko Molina (“Deportivo”) və Oliver Kan (“Bavariya) bölüşdürür.
Kurtua rekord məhsuldar ötürməni “Mançester Siti” ilə keçirilən Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda (3:0) edib.
