AZ

Kallas: "ABŞ Avropanı parçalamaq istəyir"

Avropa İttifaqının Xarici İşlər üzrə Ali nümayəndəsi Kaja Kallas Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində ABŞ-nin Avropa hökumətlərini bölməyə çalışdığını bildirib.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, Kallasın sözlərinə görə, Vaşinqton fərdi şəkildə daha zəif olan Avropa hökumətlərinə təsir göstərməklə birlik daxilində parçalanma yaratmaq istəyir.

O vurğulayıb ki, ABŞ-nin Avropanı bölmək istədiyini görmək çətin deyil və Vaşinqton bu məqsədlə Aİ əleyhdarlarının istifadə etdiyi taktikalardan yararlanır.

Qeyd edək ki, Rusiya səfiri Rodion Miroşnik daha əvvəl ABŞ–İsrail müharibəsinin Ukrayna və Avropanın maliyyə və hərbi imkanlarına təsir etdiyini bildirmişdi.

Seçilən
34
cebheinfo.az

1Mənbələr