AZ

ADAU-da tələbələr üçün iftar süfrəsi açılıb - FOTOLAR

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) müqəddəs Ramazan ayı münasibətilə tələbələr üçün iftar süfrəsi təşkil olunub. Universitet rəhbərliyinin təşəbbüsü ilə keçirilən tədbirdə Gəncə Dövlət Aqrar Kollecindən də çoxsaylı tələbələr iştirak edərək birlik və həmrəylik mühitində iftar açıblar.

"Unikal"
xəbər verir ki, iftar süfrəsində iştirak edən universitetin rektoru Zəfər Qurbanov tələbələrlə səmimi söhbət apararaq Ramazan ayının mənəvi dəyərlərindən, cəmiyyətdə həmrəyliyin və paylaşma ənənələrinin əhəmiyyətindən danışıb.

Bildirilib ki, Ramazan ayı insanların bir-birinə daha çox dəstək göstərdiyi, xeyirxahlıq və mərhəmət kimi ali dəyərlərin təbliğ olunduğu mübarək aylardan biridir. Universitetdə təşkil olunan belə tədbirlər tələbələr arasında birlik və dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verir.

Səmimi və xoş mühitdə keçən iftar süfrəsində iştirakçılar birlikdə dua edərək Ramazan ayının bərəkət və mərhəmətindən danışıb, ölkəmiz və xalqımız üçün xoş arzular səsləndiriblər.

Tədbirin sonunda tələbələr universitet rəhbərliyinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Seçilən
23
unikal.az

1Mənbələr