Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması bu gündən etibarən Taylandın paytaxtı Banqkokda təşkil olunan FIBA Çempionlar Kubokunda çıxışına başlayır.
Offsideplus.az xəbər verir ki, B qrupunda qərarlaşan yığmamız turnirin ilk günündə iki ciddi sınaqla üz-üzə gələcək. Basketbolçularımız əvvəlcə Bakı vaxtı ilə saat 13:20-də Kanada, daha sonra isə 16:05-də meydan sahibi Tayland komandası ilə qarşılaşacaqlar. Qrup mərhələsinin növbəti oyununda yığmamız sabah İspaniya seçməsi ilə qüvvəsini sınayacaq.
Qeyd edək ki, turnirin qalibi olacaq komanda eyni anda üç mühüm turnirə - FIBA 3x3 Çempionlar Kuboku 2027-yə, FIBA 3x3 Dünya Kuboku 2027-yə, 2028-ci il Yay Olimpiya Oyunları üçün birbaşa vəsiqə verən Olimpiya Təsnifat turnirinə lisenziya qazanacaq.