AZ

SEPAH ABŞ-nin aviadaşıyıcısını vurub – İran ordu qərargahı

Bakı.Trend:

İranın Hərbi Dəniz Qüvvələri ABŞ-nin “USS Abraham Lincoln”aviadaşıyıcısına bir neçə zərbə endirib və onu qismən sıradançıxarıb.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə İslam Respublikasının SilahlıQüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının bəyanatındabildirilir.

“ABŞ-nin “Abraham Lincoln” aviadaşıyıcısı İslam İnqilabıKeşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri tərəfindən vurulub vəsıradan çıxarılıb”, – İranın dövlət teleradio şirkəti onunsözlərini sitat gətirir.

İran Silahlı Qüvvələri qeyd edib ki, aviadaşıyıcı Fars körfəzibölgəsini tərk edərək ABŞ-yə doğru yola düşür.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğubildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Məqalədə:
Seçilən
56
az.trend.az

1Mənbələr