AZ

"Mançester Siti"ni "Barselona"ya dəyişə bilər

"Mançester Siti"nin hücumçusu Omar Marmuş İspaniyaya yollanmağa hazırlaşır.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, 27 yaşlı forvard "Barselona"nın transfer siyahısında yer alıb.

Kataloniya təmsilçisi onun üçün "şəhərlilər"lə danışıq aparıb və ilkin razılıq da alıb.

"Barselona" Misir millisinin üzvünü yayda 1 illik icarəyə götürəcək.

Onun "Mançester Siti" ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.

Marmuş “Vadi Deqla”, “Volfsburq”, “Sankt-Pauli”, “Ştutqart”, “Ayntraxt”(Frankfurt) klublarında oynayıb.

 

saytlarin hazirlanmasi

Seçilən
6
2
sportal.az

3Mənbələr