AZ

Mədə xərçənginin yaranma səbəbi açıqlandı

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Mədə xərçəngi çox vaxt gizli inkişaf edir və uzun müddət özünü ciddi əlamətlərlə büruzə vermir.Demokrat.az-ın məlumatına görə Bu barədə danışan Rusiyanın Seçenov Universitetinin cərrah-onkoloqu Mixail Sudakov bildirib ki, xəstəliyin ilkin mərhələdə aşkarlanması çətin olduğu üçün bir çox pasiyent diaqnozu gec öyrənir."Bu onkoloji problemin yaranmasına siqaret, spirtli içkilər, genetik meyillilik və həddindən artıq duz qəbulu səbəb ola bilər. Həmçinin orqanizmdəki bəzi infeksiyalar da xəstəliyin inkişafına təkan verir.

Xəstəlik irəlilədikcə qidanın udulmasında çətinlik və xoşagəlməz qoxulu qusma kimi hallar müşahidə olunur. Əgər şiş parçalanmağa başlayarsa, qanaxma da baş verə bilər", - deyə onkoloq bildirib.Həkim qeyd edir ki, ən mürəkkəb mərhələ dördüncü dövrdür. Bu zaman şiş mədədən kənara çıxaraq digər orqanlara, xüsusən də ağciyərlərə yayılır. Gecikmiş diaqnoz səbəbindən belə xəstələrin uzunmüddətli sağ qalma şansı kifayət qədər aşağıdır.Qeyd edək ki, bir neçə gün əvvəl bloqer Valeriya Çekalinada (Lerçek) məhz bu xəstəliyin dördüncü mərhələsi aşkarlandığı barədə xəbərlər yayılıb. Onun yaxınlarının verdiyi məlumata görə, xərçəng artıq sümüklərə də sirayət edib. Həkimlər tam sağalmanın nadir hallarda mümkün olduğunu desələr də, fərdi müalicə ilə xəstəliyin gedişatını yavaşlatmağın mümkünlüyünü vurğulayırlar.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
demokrat.az

1Mənbələr