AZ

Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq bir çox sahələri əhatə edir



Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq bir çox sahələri əhatə edir və illər keçdikcə bu əlaqələr sürətlə inkişaf edib.

Newscenter.az xəbər verir ki, bunu YAP üzvü Zülfiyyə Bayramlı deyib. O bildirib ki, bu münasibətlər əsasən siyasi dialoq, iqtisadi əlaqələr və enerji sahəsində tərəfdaşlıq üzərində qurulub:

"Azərbaycan Avropa ölkələri üçün vacib enerji mənbələrindən biri olaraq , qazın Avropaya çatdırılmasında mühüm rol oynayır. Bu sahədə xüsusilə Cənub Qaz Dəhlizi layihəsi böyük əhəmiyyət daşıyır. Avropa İttifaqı həmçinin Azərbaycanda müxtəlif layihələr vasitəsilə iqtisadi inkişafı və islahatları dəstəkləyir. Bu əməkdaşlıq həm Azərbaycanın, həm də Avropanın qarşılıqlı maraqlarına xidmət edir və münasibətlərin daha da möhkəmlənməsinə şərait yaradır".

Anar
Seçilən
19
newscenter.az

1Mənbələr