AZ

Çin-Azərbaycan ticarət dövriyyəsi rekord səviyyəyə çatıb

Çin‑Azərbaycan ticarət dövriyyəsi rekord səviyyəyə yüksəlib.

APA xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey səfirlikdə keçirilən brifinqdə deyib.

“Ötən il Çin ilə Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi 4,87 milyard ABŞ dolları səviyyəsinə yüksəlib, bu da əvvəlki illə müqayisədə təxminən 30,2% artım deməkdir və üçüncü il ardıcıl olaraq rekord göstərici olaraq qeydə alınıb”, – səfir vurğulayıb.

O əlavə edib ki, bu ilin yanvar ayında da Çinə və Azərbaycana ticarət əlaqələrinin davamlı inkişafı özünü göstərib: “Bu ilin yanvar ayında ölkələrimiz arasındakı ticarət dövriyyəsi 420 milyon ABŞ dollarını ötərək Çin ilk dəfə olaraq Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşı halına gəlib”.

Seçilən
48
1
apa.az

2Mənbələr