AZ

Azad edilmiş ərazilərdə ötən il görülmüş infrastruktur işləri məlum olub

Azad edilmiş ərazilərdə ötən il infrastruktur sahəsində görülmüş işlər məlum olub.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Qeyd edilib ki, 2025-ci il 3 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışı baş tutub. Kəlbəcər, Laçın və Daşkəsən rayonları ərazisində yol infrastrukturunun, Xudafərin-Qubadlı-Laçın, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Toğanalı-Kəlbəcər-İstisu, Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 33-cü km-dən başlayan yeni Qubadlı-Laçın avtomobil yolunun, Suqovuşan-Sarsang su anbarı-Qozlukörpü-Kəlbəcər, Suqovuşan-Kəlbəcər (9-cu km dönüş)-Ağdərə-Ağdam, Bərdə-Ağdam (40-cı km dönüş)-Əsgəran, Xankəndi-Şuşa-Laçın, Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun, Tərtər-Ağdərə, Zəngilan, Qubadlı və Laçın rayonları ərazisində sərhəd xətti boyu hərbi əhəmiyyətli avtomobil yollarının, Ağdam, Şuşa, Qubadlı, Zəngilan, Kəlbəcər, Cəbrayıl, Füzuli şəhərlərinin daxili yollarının, Qubadlı rayonu Mahruzlu kəndinin, Qubadlı rayonu Zilanlı kəndinin və Zəngilan rayonu Cahangirbəyli kəndinin giriş yollarının, habelə "M-6"-Şəfəq stansiyası avtomobil yolunun inşası istiqamətində işlərin icrası davam etdirilib.

Dövlət Proqramına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərdə 2025-ci il ərzində 12 kəndə gedən avtomobil yollarının və 12 rayonlararası avtomobil yollarının tikintisi işləri həyata keçirilib.

Belə ki, dövlət başçısının iştirakı ilə Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışı baş tutub ki, bu yol başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Füzuli, Xocavənd, Xocalı və Şuşanı birləşdirir.

Kəlbəcər, Laçın və Daşkəsən rayonları ərazisində yol infrastrukturunun tikintisi İstiqamətində torpaq işləri, yol geyiminin tikintisi, boruların tikintisi, yol nişanlarının quraşdırılması (layihənin ümumi icrası 80%), Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi istiqamətində sahənin təmizlənməsi, qazma işləri, torpaq dolğu yatağının tikintisi, qaya partlatma, beton işləri və tunel tikintisi (layihənin ümumi icrası 70%), Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi üzrə torpaq işləri, yol geyimi, süni qurğular, tunellər və körpülərin tikintisi (layihənin ümumi icrası 96%), Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi üzrə torpaq işləri, yolun əsasının və Çiyinlərin tikintisi, 2 laydan ibarət asfalt-beton qarışığının sərf edilməsi, tunellərin tikintisi, dairəvi boruların quraşdırılması, heyvan keçidinin tikintisi, açma-bağlama qurdusunun quraşdırılması, das divar və beton istinad divarın tikintisi (layihənin ümumi icrası 87%) işlərinin icrası davam etdirilib.

Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun tikintisi üzrə yolun torpaq yatağının texniki dərəcəyə uyğun genişləndirilməsi məqsədilə qazma və tökmə işləri, istinad divarlarının tikintisi, həmçinin qaya süxurlarında partlayış və mexanizmlə dağıdılması, eləcə də suötürücü boruların quraşdırılması işlərinin icrası, o cümlədən yolun 0-24 km hissəsində yol əsasının, 0-19 km hissədə asfalt-beton örtüyün alt laylarının tikintisi davam etdirilib, layihənin ümumi icrası 52%-dir.

Suqovuşan-Kəlbəcər (9-cu km dönüş)-Ağdərə-Ağdam avtomobil yolunun tikintisi üzrə genişləndirmə və torpaq işlərinin icrası (layihənin ümumi icrası 30%) davam etdirilib, Bərdə-Ağdam (40-cı km dönüş)-Əsgəran avtomobil yolunun tikintisi üzrə torpaq işləri və suötürücü boruların və yol geyiminin tikintisi (layihənin ümumi icrası 75%) həyata keçirilir.

Xankəndi-Şuşa-Laçın avtomobil yolunun yenidən qurulması istiqamətində qazma işləri, torpaq dolğu yatağı, yol əsasının alt qatı, qırma daş tərkibli əsas qat, yol əsasının üst layı, asfalt beton birləşdirici qat, tunel, suötürücü borular, düzbucaqlı borular, təxliyyə kanalları və istinad divarının tikintisi (layihənin ümumi icrası 26%), Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun tikintisi istiqamətində torpaq işləri, yol geyimi, suötürücü boruların, istinad divarı və körpülərin tikintisi (layihənin ümumi icrası 70%), Tərtər-Ağdərə avtomobil yolunun tikintisi üzrə suötürücü boruların dəyişdirilməsi, torpaq yatağının və hamarlayıcı qatın, yolun ayrı-ayrı hissələrində yol əsasının alt və üst qatlarının tikintisi (layihənin ümumi icrası 35%), Ağdam şəhərinin daxili yollarının tikintisi üzrə torpaq yatağı, kommunikasiya xətləri və yol geyiminin tikintisi (layihənin ümumi icrası 80%), Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 33-cü km-dən başlayan yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi üzrə sahənin təmizlənməsi, qazma işləri, torpaq dolğu yatağının tikintisi, qaya partlatma və beton işləri, eləcə də tunelin tikintisi (layihənin ümumi icrası 70%), Zəngilan, Qubadlı və Laçın rayonları ərazisində sərhəd xətti boyu hərbi əhəmiyyətli avtomobil yolların tikintisi (layihənin ümumi icrası 50%) istiqamətində işlərin icrası davam etdirilib.

Şuşa şəhərinin daxili yollarının tikintisi üzrə M-4 yolunda bitki qatı çıxarılıb, yolun 430 m hissəsində yol yatağının tikintisi işləri yekunlaşmaq üzrədir. M-9 yolunda 200 m hissəsində kanalizasiya xətlərinin tikinti işləri başa çatdırılıb. Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhərinə səfəri ilə əlaqədar, layihə çərçivəsində şəhər daxilində yerləşən 130,4 min kv.metr ərazini əhatə edən müəyyən küçələr təmir olunaraq asfalt-beton örtük döşənib. Yollar üzrə 2580 pm səki daşı düzülüb, Ümumilikdə 112 işıq dirəyi quraşdırılmış və bu dirəklərin enerji təminatı sistemi qurulub. Qarabağ küçəsində kommunikasiya xətlərinin köçürülməsi işləri və yeni xətlərin çəkilməsi işləri başa çatmışdır. Layihənin ümumi icrası 30% təşkil edib.

Qubadlı şəhərinin daxili yollarının tikintisi üzrə M-1 yolunun 1000 metrlik hissəsində bitki qatının çıxarılma işləri görülüb, layihə üzrə müəyyən olunmuş koordinatların təyin olunması başa çatdırılıb, layihənin ümumi icrası 8% təşkil edib.

Zəngilan şəhərinin daxili yollarının tikintisi üzrə ayihənin ümumi icrası 46% təşkil edib.

Kəlbəcər şəhərinin daxili yollarının tikintisi istiqamətində kommunikasiya xətlərinin çəkilməsi, torpaq işləri və daşların düzülməsi (layihənin ümumi icrası 76%), Cəbrayıl şəhərinin daxili yollarının inşası üzrə torpaq işləri və suötürücü boruların tikintisi (layihənin ümumi icrası 61%), Qubadlı rayonunda Mahruzlu və Zilanlı kəndlərinin, habelə Zəngilan rayonu, Cahangirbəyli kəndinin giriş yolunun inşası üzrə torpaq yatağının tikintisi (hər 3 layihənin ümumi icrası 15%) işlərinin icrası davam etdirilib. Füzuli şəhərinin daxili yollarının inşası üzrə 18.5 km hissədə torpaq yatağının və esasın tikintisi islərinin icrası davam etdirilib, 5 km hissədə asfalt-beton örtüyün döşənməsi işləri aparılıb, kommunikasiya xətlərinin inşası işləri davam etdirilir (layihənin ümumi icrası 41%).

"M-6"-Şəfəq stansiyası avtomobil yolunun inşası başa çatdırılıb, Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə rəsmi açılış mərasimi keçirilib.

Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə 2025-ci il 10 may tarixində Bərdə-Ağdam dəmir yolu xəttinin, habelə Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılış tədbirləri keçirilib, Horadiz-Ağbənd dəmir yolu xəttinin inşası üzrə isə işlər davam etdirilib.

Bundan əlavə, Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisində 2,77 mln. kubmetr torpaq işləri, 10 ədəd körpünün, 1 ədəd alt keçidin, 54 ədəd suötürücü boruların və 870 pm istinad divarlarının tikinti işləri, 1 ədəd dəmir yolu tunelinin qazılması tamamlanıb.

Dövlət Proqramı çərçivəsində Füzuli və Zəngilan rayonları üzrə beynəlxalq hava limanları istifadəyə verilib, eləcə də 2025-ci il 28 may tarixində Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib.

Hesabat dövrü ərzində kiçik su elektrik stansiyalarının (KSES) bərpası İstiqamətində işlər davam etdirilib, 3,1 MVt gücündə "Aşağı Malıbəy", 5 MVt gücündə "Çaykənd" və 14,7 MVt gücündə "Qozlukörpü" SES-lərin tikintisi, həmçinin 4 MVt gücündə "Şeylanlı", 7,7 MVt gücündə "Təkəqaya", 3,0 MVt gücündə "Ağçay" KSES olmaqla, ümumi gücü 37,5 MVt olan 6 KSES-in tikintisi yekunlaşdırılıb.

Ümumilikdə 2021-2025-ci illər ərzində həmin ərazilərdə istismar edilən KSES-lərin sayı 38-ə, ümumi gücü isə 307 MVt-a çatdırılıb. Yaxın bir neçə il ərzində onların ümumi gücünün 500 MVt-a çatdırılması nəzərdə tutulur.

2025-ci il ərzində 750 min. kilovat-saat həcmində yaşıl enerji istehsal olunub ki, bu enerjinin hesabına 160 mln. kubmetr təbii qaza qənaət edilib, habelə 280 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.

İşğaldan azad edilmiş ərazilərdə indiyədək 33 ədəd 35 kV-luq, 14 ədəd 110 kV-luq, 1 ədəd 330 kV-luq, yarımstansiya inşa olunub, 1067,7 km uzunluqda 35 kV-luq, 774 km uzunluqda 110 kV-luq, 262 km uzunluqda 330 kV-luq, 74,3 km 0,4 kV-luq elektrik verilişi xətləri çəkilib, 2025-ci il ərzində Xankəndi şəhərində 110/35/10 kV-luq "Xankəndi-1" YS-nin və Laçın rayonunda Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı olub. 2025-ci il 28 oktyabr tarixində Cəbrayıl rayonunun Şahvəlli kəndində hər birinin gücü 50 MVt olan "Üfüq" və "Şems" GES-lərinin təməlqoyma mərasimi keçirilib.

Yevlax-Naxçıvan magistral qaz kəməri hissəsinin 720 mm-lik borularla yenidən qurulması başa çatdırılıb və hesabat dövründə azad edilmiş ərazilərdə 20 yaşayış məntəqəsi olmaqla, ümumilikdə 31 yaşayış məntəqəsi qaz təchizatı ilə təmin olunub.

"Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"nın 2024-2027-ci illəri əhatə edən birinci mərhələsində su ehtiyatlarından səmərəli istifadə üçün zəruri infrastrukturun və idarəetmənin təkmilləşdirilməsi nəzərdə tutulub. Bu çərçivədə su ehtiyatlarının yenidən qiymətləndirilməsi, artırılması, inteqrasiyalı idarə edilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından istifadə, tullantı və yağış sularının idarə olunması, suyun keyfiyyətinin yaxşılaşdırılması, su təsərrüfatı obyektlərinin genişləndirilməsi və su itkilərinin hər il 1-2 faiz azaldılması qarşıya hədəf kimi qoyulub, 2025-ci suvarma şəbəkələrində əvvəlki ilə nisbətən su itkilərinin 3 faiz azaldılmasına nail olunub.

İşğaldan azad olunmuş ərazilərdə yeni tikilmiş Zabuxçay və təmir-bərpa olunmuş Suqovuşan, Xaçınçay, Köndələnçay 1, Köndələçay 2 və Aşağı Köndələnçay su anbarları vasitəsilə 122,5 min ha sahənin suvarılması nəzərdə tutulub. Hazırda bu anbarlardan istifadə edilməklə 35,3 min ha sahələrə suyun verilməsi təmin olunur. 22 aqropark (18,5 min ha) və 7,8 minə yaxın fərdi təsərrüfat (16,8 min ha) tərəfindən müxtəlif kənd təsərrüfatı bitkilərinin suvarılması həyata keçirilir.

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılan vəsait hesabına Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları üzrə meliorasiya və su təsərrüfatı kompleksinin bərpası ilə əlaqədar texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması üzrə işləri davam etdirilib. Qubadlı rayonu ərazisində yerləşən üzümçülük təsərrüfatını (117,3 ha) suvarma suyu ilə təmin etmək üçün tikinti işləri tamamlanıb. Bərgüşadçay, Həkəriçay su anbarlarının və Qız qalası magistral kanalının tikintisi, habelə Sərsəng su anbarının təmir-bərpa işlərinin layihə-smeta sənədləri hazırlanıb.

Zəngilan şəhərinin su təchizatı, kanalizasiya və yağış suları sisteminin yaradılması üzrə tikinti-quraşdırma işləri yekunlaşıb. Bu istiqamətdə 3,9 km magistral və subartezianlararası su xətti, 8,8 km kanalizasiya kollektor xətti, 1 km yağış suyu kollektoru çəkilib, hər birinin həcmi 4 min m³ olan 2 ədəd və 100 m³ olen 2 ədəd su anbarı, 9 ədəd subartezian quyuları inşa edilib.

Zəngilan rayonu Cahangirbəyli kəndinin su təchizatı, kanalizasiya və yağış suları sisteminin yaradılması üzrə tikinti-quraşdırma işləri tamamlanıb, 2,68 km magistral və 1,15 km təzyiqli kanalizasiya xətti çəkilib, hər birinin həcmi 100 m³ olan su anbarı, 3 ədəd subartezian quyusu və 1 ədəd kanalizasiya nasos stansiyası inşa edilib.

Qubadlı rayonunun Mahruzlu, Zilanlı, Xanlıq kəndlərinin su təchizatı, kanalizasiya və yağış suları sisteminin tikintisi işlərinin başa çatdırılıb, 12,45 km magistral və subartezianlararası su xətti, 10,1 km kanalizasiya kollektoru çəkilib, hər birinin həcmi 100 m³ olan 2 ədəd, 750 m³ olan 2 ədəd və 1000 m³ olan 2 ədəd su anbarı, 5 ədəd subartezian quyusu inşa edilib.

Ağdərə rayonunun Talış və Suqovuşan kəndləri üzrə su təchizatı, kanalizasiya çərçivədə 8,3 km magistral su xətti və 0,9 km kanalizasiya xətti çəkilmiş, hər birinin və yağış suları sisteminin qurulması üzrə işlər yekunlaşıb. Talış kəndində bu həcmi 200 m³ olan 2 ədəd su anbarı və tullantı sularının təmizlənməsi qurğusu inşa edilib. Suqovuşan kəndində isə 0.8 km magistral su xətti, 0,2 km kanalizasiya xətti çəkilib, hər birinin həcmi 200 m³ olan 2 ədəd su anbarı, 1 ədəd subartezian quyusu və tullantı sularının təmizlənməsi qurğusu inşa edilib, həmçinin Ağdərə rayonunun Umudlu kəndi üzrə layihə ekspertiza rəyi üçün təqdim olunub.

Ağdam rayonunun Kəngərli, Xıdırlı və Sarıcalı kəndləri üzrə magistral su kəmərinin, kanalizasiya kollektorunun və kanalizasiya nasos stansiyasının tikinti-quraşdırma işləri tamamlanıb.

Cəbrayıl rayonunun Horovlu kəndində su təchizatı və kanalizasiya sisteminin yaradılması üzrə tikinti-quraşdırma işləri yekunlaşıb, bu çərçivədə kəhrizlərin suyığıcı xətti, magistral və anbarlararası su xətləri üzrə ümumilikdə 12.9 km xətt, 2,9 km kanalizasiya kollektoru çəkilib, hər birinin həcmi 200 m³ olan 2 ədəd və 100 m³ olan 2 ədəd su anbarı tikilib, tullantı sularının təmizlənməsi qurğusu quraşdırılıb.

Cəbrayıl rayonunun Şükürbəyli kəndində su təchizatı və kanalizasiya sisteminin yaradılması üzrə tikinti-quraşdırma işləri yekunlaşıb, bu çərçivədə magistral və subartezianlararası su xətləri üzrə 3,8 km xətt, 1,1 km kanalizasiya kollektoru çəkilib, hər birinin həcmi 750 m³ olan 2 ədəd və hər birinin həcmi 100 m³ olan 2 ədəd su anbarı tikilib, 5 ədəd subartezian quyusu və modul tipli tullantı sularının təmizlənməsi qurğusu quraşdırılıb.

Laçın rayonunun Güləbird kəndində su təchizatı və kanalizasiya sisteminin yaradılması üzrə tikinti-quraşdırma işləri yekunlaşıb, bu çərçivədə 0,5 km magistral su xətti, 0,3 km kanalizasiya kollektoru çəkilib, hər birinin həcmi 500 m³ olan 2 ədəd su anbarı və 1 ədəd su təmizləyici qurğu kompleksi tikilib, tullantı sularının təmizlənməsi qurğusu quraşdırılıb.

İşğaldan azad edilmiş ərazilərdə, o cümlədən Ağdam, Füzuli, Xocalı, Xankəndi, Şuşa, Laçın, Zəngilan, Cəbrayıl, Kəlbəcər, Xocavənd, Ağdərə və Qubadlı şəhərləri, eləcə də digər yaşayış məntəqələri daxil olmaqla, ümumi uzunluğu 977 km olan 25 əsas magistral kabel xəttinin layihələndirilməsi aparılıb və tikinti işləri başa çatdırılıb. Tikilən əsas magistral xətlərdən istifadə edilərək 33 yaşayış məntəqəsinin ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulması təmin edilib.

İşğaldan azad edilmiş ərazilərdə 208 ədəd “Azercell”, 174 ədəd “Azerfon-Bakcell” olmaqla, cemi 382 ədəd baza stansiyası quraşdırılmaqla mobil telekommunikasiya xidmətləri istifadəyə verilib.

Televiziya və radio proqramların yayımı üçün 11 ədəd Radio-Televiziya Yayım Stansiyasının (Şuşa, Kəlbəcər, Mincivan (Zəngilan), Xanlıq (Qubadlı), Şahyeri (Hadrut), Laçın və Balasoltanlı (Qubadlı), Həsənriz 1. Həsənriz 2, Talış və Kiçik Qarabəy (Ağdərə) fəaliyyəti bərpa edilib, tələbata uyğun ərazidə yeni RYTS-lərin quraşdırılması istiqamətində işlər aparılır. Bu stansiyalar vasitəsilə hazırda Şuşa, Xankəndi, Xocalı, Laçın, Kəlbəcər, Xocavənd, Qubadlı, Füzuli, Cəbrayıl, Zəngilan, Ağdam, Ağdərə və digər ətraf ərazilərdə radio-televiziya yayımları təmin edilir.

Şuşa, Laçın, Zəngilan və Ağdam şəhərlərində proqram təminatı əsaslı məsafədən idarə edilən radiomonitorinq stansiyaları quraşdırılmaqla, həmin ərazilərdə real vaxt rejimində efirə radionəzarət təmin edilib. Daha 6 məntəqədə stansiyaların qurulması ilə bağlı işlər davam etdirilir.

Şuşa, Füzuli, Laçın, Kəlbəcər və Xankəndi şəhərlərində, həmçinin Zəngilan rayonunun Ağalı kəndində və Xocavənd rayonunun Hadrut qəsəbəsində poçt şöbələri açılmaqla xidmətlər təşkil olunub, digər ərazilərə isə səyyar poçt xidmətləri göstərilir.

Sərnişindaşıma məqsədilə işğaldan azad edilmiş ərazilərə ümumilikdə 19 marşrut xətti təşkil edilib ki, bunlardan 4-ü ərazilərə ziyarət xarakterli səfərləri, 15-i isə şəhərlərarası və rayonlararası daşımaları həyata keçirir. Bu marşrutlar fəaliyyətə başladığı dövrdən təxminən 145,3 min sərnişinin daşınması təmin edilib. Bununla yanaşı, www.yolumuzqarabaga.az portalı vasitəsilə hesabat dövrünün sonunadək ümumi sayı 3,2 milyondan çox şəxsin işğaldan azad edilmiş ərazilərə səfəri üçün müraciətləri qəbul olunub.

Seçilən
16
1
apa.az

2Mənbələr