Bakı.Trend:
2025-ci ildə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olanmüəssisələr tərəfindən istehsal edilən məhsul həcmində əvvəlki iləmüqayisədə 44,1% artım olub.
Trend-inməlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyətihaqqında hesabatında öz əksini tapıb.
Hesabatda qeyd edilir ki, ötən il nazirliyin müəssisələritərəfindən ixrac edilən məhsulların həcmi əvvəlki ilə müqayisədə57% artıb. Bununla yanaşı mərkəzi icra hakimiyyəti orqanları vəaidiyyəti təşkilatlarla mülki və ikili təyinatlı məmulatlarınistehsalına dair imzalanmış müqavilələr üzrə öhdəliklərin vaxtındavə keyfiyyətlə yerinə yetirilməsi işləri uğurla həyatakeçirilib.