Bakının Nəsimi rayonunda sosial şəbəkədə əxlaqsızlığı təbliğ edən şəxs həbs edilib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, İsmayıllı rayon sakini, 2005-ci il təvəllüdlü Vüqar Sadıqov (ad-soyad şərti verilib – red.) “Tik Tok” və “İnstagram” sosial şəbəkə platformalarında cinsi azlığı və əxlaqsızlığı təbliğ edən videoları paylaşıb.
Bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında Sadıqov Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və 19-cu polis şöbəsinə gətirilib.
Şöbədə məlum olub ki, həmin şəxs cinsi azlıq nümayəndəsidir.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2 və 524-cü maddələri ilə ittiham elan edilib.