AZ

Xəzəri tullantı suları ilə çirkləndirən axarların əksəriyyəti Bakı və Sumqayıtda yerləşir - RƏSMİ

Bakı.Trend:

Abşeron yarımadası fiziki coğrafi, geoloji tektonik,geomorfoloji və hidrogeoloji şəraitinə görə əsasən 2 hissəyəbölünür: Qərbi Abşeron və Şərqi Abşeron. Onların qəbul olunmuşsərhəddi şimalda Nardaran qəsəbəsindən cənubda Hövsan burnuna qədəryer səthində yayılmış Orta Abşeron və Xəzər yaşlı çöküntülərin qərbsərhəddi boyunca keçir.

Trend-inməlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyətihaqqında hesabatında öz əksini tapıb.

Hesabatda qeyd edilir ki, bu rayonlarda lokal sinklinalstrukturlarda yayılmış çöküntü komplekslərinin sululuğu təzyiqli vəqrunt sularına bölünmüş, sulu horizontların sərhədləri, istismarehtiyatları, qidalanma mənbələri, digər horizontlarla əlaqəsiayrılıqda öyrənilib.

Tullantı sularının mövcud qanunvericiliyin tələblərinə uyğunidarə olunması, eləcə də Xəzər dənizinə göstərilən mənfi təsirlərinöyrənilməsi məqsədilə sahil zolağında keçirilən monitorinqlərəəsasən müəyyən olunub ki, dəniz tullantı suları ilə çirkləndirənaxarların böyük əksəriyyəti Bakı və Sumqayıt şəhərinin inzibatiərazilərində yerləşir.

İnzibati rayonların ərazisindən dənizə istiqamətlənən 101 axarmövcuddur ki, bunlardan 90 axar Bakı, 11 axar isə Sumqayıt inzibatiərazisindədir. Çirklənməyə səbəb qarışıq (məişət və sənaye)tullantı suları və çirkab sutəmizləyici qurğularının çatışmazlığıilə paralel yağış suları kollektorları da rol oynamaqdadır. Beləki, yağış suları kollektorları keçmiş Sovetlər İttifaqı zamanı Bakışəhərinin urbanizasiya planına uyğun olaraq inşa edilib. Lakin Bakışəhərində əhali sıxlığının artması, eləcə də yeni qəsəbə və yaşayışmassivlərinin sayının çoxalması ilə zamanında inşa edilən yağışsuları kollektorlarına tullantı sularının axıdılmasıçirkləndiricilərin birbaşa dənizə tökülməsinə səbəb olur.

Seçilən
60
az.trend.az

1Mənbələr