AZ

Çin Azərbaycanda süni intellektin inkişafına dəstək göstərməyə hazırdır - Səfir

Bakı. Trend:

Çin Azərbaycanda süni intellekt və elmi-innovasiya sahəsinininkişafına dəstək göstərməyə hazırdır.

Trend xəbər verirki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey bugün Bakıda keçirdiyi brifinqdə söyləyib.

“Çin süni intellekt, biotibb, bioəczaçılıq, robototexnika vəkvant texnologiyaları sahələrində tədqiqatlar, tərtibatlar vətexnologiyaların praktiki tətbiqi üzrə dünyada aparıcı mövqelərdənbirini tutur. İnnovativ inkişaf strategiyasının irəlilədilməsifonunda elmi-texniki nailiyyətlər Çinin iqtisadi artımının mühümhərəkətverici qüvvəsi olaraq qalır və beynəlxalq elmi-texnikiəməkdaşlıq üçün yeni imkanlar yaradır”, – deyə o qeyd edib.

Diplomatın sözlərinə görə, Azərbaycanda da süni intellektekosisteminin və rəqəmsal iqtisadiyyatın inkişafına böyük diqqətyetirilir.

“Əminik ki, Azərbaycan bu istiqamətdə əməkdaşlığımöhkəmləndirməyə davam edəcək və Çin innovasiyaların və yüksəktexnologiyaların inkişafına hərtərəfli dəstək göstərməyə hazırdır”,– deyə L.Mey vurğulayıb.

Məqalədə:
Seçilən
37
az.trend.az

1Mənbələr