AZ

Lerik rayonu üzrə meşə quruluşu xəritələri hazırlanır

Bakı.Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrinİnkişafı Xidmətinin sifarişi əsasında respublikanın rayonları, ocümlədən Lerik rayonu üzrə meşə quruluşu xəritələrihazırlanmaqdadır.

Trend-inməlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyətihaqqında hesabatında öz əksini tapıb.

Hesabatda qeyd edilir ki, Lerik Rayon İcra Hakimiyyətitərəfindən məntəqələrin hüdudları daxilində olan meşə ilə örtülüolmayan 477 ha, torpaq islahatı aparılan zaman vətəndaşlara paytorpağı kimi verilmiş 250 ha, ümumilikdə 727 ha torpaq sahəsininmeşə fonduna aid olmayan meşə ilə örtülü sahələrlə əvəz olunmasınəzərdə tutulan ərazilər müəyyən edilmiş və hazırda İqtisadiyyatNazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə birlikdə çölölçmə işləri görülür.

Qeyd olunan torpaq sahələrinin koordinatları bir dahadəqiqləşdirildikdən sonra yerquruluşu planlarının hazırlanmasınəzərdə tutulur. Bununla əlaqədar olaraq, meşə fondu torpaqlarınındigər torpaqlarla əvəzləşdirilməsi və kateqoriyasınındəyişdirilməsi məsələsinə Azərbaycan Respublikası Prezidentinin2024-cü il 28 sentyabr tarixli 201 nömrəli Fərmanı ilə təsdiqedilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların birkateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın tələbləriçərçivəsində Lerik Rayon İcra Hakimiyyətinin müraciəti əsasındabaxılacaqdır.

Seçilən
7
az.trend.az

1Mənbələr