Bakı. Trend:
2025-2026-cı tədris ili üzrə Hökümətlərarası Təqaüd Proqramıçərçivəsində Azərbaycanda 62 əcnəbi vətəndaş təhsil alamq hüququqazanıb.
Trend-inməlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyətihaqqında hesabatında öz əksini tapıb.
Hesabata görə, onlardan 23 nəfər Çin, 11 nəfər Qazaxıstan, 4nəfət Tacikistan, 4 nəfər Qırğızıstan, 20 nəfər Somali vətəndaşıolub.
HTP çərçivəsində ötən il ölkədə təhsil hüququ qazanmışəcnəbilərin sayı əvvəlki illə müqayisədə 32 faiz çox olub. Eynizamanda, 2025-ci ildə 2 yeni ölkədən (Qırğızıstan və Somali) tələbəqəbulu aparılıb.