AZ

Ötən il ADY-nin balansında olan bu parkın bərpasına vəsait çatmayıb

Bakı.Trend:

Ötən il Ələt qəsəbəsində "Azərbaycan Dəmir Yolları” QSC-ninbalansında olan Nərimanov adına parkın bərpa olunması təklifinəCəmiyyət tərəfindən aidiyyəti üzrə baxılıb və hazırdainfrastrukturun saxlanılması üçün qurumun maliyyə təminatındakifayət qədər vəsait olmadığından, bərpa olunması təklif olunanparkda müasir tələblərə uyğun təmir-bərpa işlərinin aparılmasınınimkan xaricində olması bildirilib.

Trend-inməlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyətihaqqında hesabatında öz əksini tapıb.

Hesabatda qeyd edilir ki, maliyyə imkanı yarandığı təqdirdəməsələnin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdətutulub.

Seçilən
1
az.trend.az

1Mənbələr