Azərbaycan Basketbol Liqasında XIX tur davam edir.
Fanat.Az xəbər verir ki, ötən gün start götürən tur çərçivəsində bu gün daha bir görüş baş tutacaq.
B qrupunda yer alan "Lənkəran" ilə "Quba" münasibətlərinə aydınlıq gətirəcəklər. Autsayder mövqeyində qərarlaşan komandaların dueli Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək və saat 15:00-da start götürəcək.
Qeyd edək ki, turun açılış oyununda "Ordu" "Sumqayıt"ı (121:98), "Naxçıvan" isə "Sərhədçi"ni (83:67) məğlub edib.
ABL
19-cu tur
13 mart
15:00. "Lənkəran" - "Quba"
Lənkəran. Olimpiya İdman Kompleksi.
Turun digər görüşləri həftəsonu keçiriləcək:
14 mart
14:00. "Gəncə" - "Sabah"
Gəncə. İdman Sarayı.
17:00. "Abşeron Lions" - "Neftçi"
Bakı. İdman Sarayı.
15 mart
17:00. NTD - "Şəki"
Bakı. İdman Sarayı.
A qrupu
1. Sabah 18 17 1 +424 35
2. Abşeron Lions 18 16 2 +162 34
3. Neftçi 18 9 9 +33 27
4. Gəncə 18 8 10 -33 26
5. NTD 18 2 16 -306 20
6. Şəki 18 2 16 -280 20
B qrupu
1. Ordu 19 17 2 +320 36
2. Naxçıvan 19 15 4 +153 34
3. Sərhədçi 19 7 12 -88 26
4. Sumqayıt 19 7 12 -128 26
5. Quba 18 6 12 -48 24
6. Lənkəran 18 4 14 -202 22