AZ

2025-ci ildə fiziki və hüquqi şəxslərə 539 milyon manatdan çox vəsait ödətdirilib

Bakı. Trend:

2025-ci ildə məhkəmə və digər orqanlar tərəfindən icrayayönəldilən sənədlərin sayı bütün illər üzrə ən yüksək göstərici(438 min) olub, ümumilikdə icraatlarda olanişlərin sayı isə 1 380 mini keçib.

Trend-inməlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyətihaqqında hesabatında öz əksini tapıb.

Bildirilib ki, görülmüş tədbirlər nəticəsində 824mindən çox sənədin icraatı tamamlanmış və ya icrası qisməntəmin edilib.

2024-cü illə müqayisədə fiziki və hüquqi şəxslərə 35% daha çox olmaqla 539 milyon manatdançox vəsait ödətdirilib, icra ödənişlərinin yığımı 80 % artırılaraq12 milyon manatı keçib.

Məhkəmə qərarlarının icra olunmaması və digər cinayətlərlə bağlıibtidai istintaqı tamamlanmış 289 cinayət işi üzrə2024-cü illə müqayisədə 36 % çox olmaqla2,3 milyon manata yaxın ziyanın istintaqıngedişində ödənilməsi təmin olunub.

Məhkumların ictimai faydalı əməyə cəlb edilməsi təmin edilərəkcinayət nəticəsində vurulmuş 1,5 milyon manatayaxın maddi ziyan ödənilib ki, bu da əvvəlki illə müqayisədə30 % çoxdur.

Seçilən
13
az.trend.az

1Mənbələr