BAKI, 13 mart. TELEQRAF
Ötən il Azərbaycanda 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal edilib.
Teleqraf xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.
Belə ki, bu gün Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir.