Bakı. Trend:
Diaspor fəaliyyətinin əlaqələndirilməsi istiqamətində 2018-ciildən başlanan işlər əsasında hazırda 44 ölkə üzrə16 Xaricdə Yaşayan Azərbaycanlıların KoordinasiyaŞurası fəaliyyət göstərir.
Trend-inməlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyətihaqqında hesabatında öz əksini tapıb.
Bildirilib ki, 2025-ci il 8 may tarixində Livanın Kavaşrakəndində Azərbaycan Evinin açılış mərasimi keçirilib. Beləliklə,dünya ölkələri üzrə Azərbaycan evlərinin sayı 20ölkə üzrə 31-ə çatıb.
2025-ci il ərzində Azərbaycan Respublikasına 13cənazə gətirilib, 2 müraciət əsasında fövqəladəhallar zamanı dəymiş zərərin ödənilməsi ilə bağlı yardımgöstərilib, 24 müraciət əsasında isə sosial yardımolunub.
Hazırda 24 ölkədə (Fransa, Almaniya,Finlandiya, İsveçrə, İsveç, Avstriya, Niderland, Çexiya, Litva,Yunanıstan, Norveç, İspaniya, Macarıstan, Qazaxıstan, Gürcüstan,Özbəkistan, Qırğızıstan, Türkiyə, Şimali Kipr, Misir, ABŞ, Kanada,Böyük Britaniya, Moldova) 90-dan çox həftəsonuməktəbi fəaliyyət göstərir.
Dünya azərbaycanlılarının həyat və fəaliyyətindən bəhs edən, bugünədək 40 ölkədə çəkilişləri aparılan Diasporla İş üzrə DövlətKomitəsinin internet televiziyası Diaspor TV və İctimaiTeleviziyanın ortaq layihəsi olan “Vətən uzaqda deyil” proqramının8 il ərzində 200-ə yaxınburaxılışı hazırlanaraq yayımı təmin olunub.
Diaspor FM-də diaspor həyatına dair reportajlar, müsahibələr,maarifləndirici verilişlər və digər media materialları genişauditoriyaya təqdim olunub, 2025-ci il ərzində 120veriliş yayımlanıb.