Bakı. Trend:
Ağdam, Füzuli rayon məhkəmələri və Füzuli Hərbi Məhkəməsi üçünyeni inzibati binalar inşa ediləcək.
Trend-inməlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyətihaqqında hesabatında öz əksini tapıb.
Bildirilib ki, hesabat ilində Şuşa Rayon Məhkəməsinin Xankəndişəhərinə köçürülməsi təmin edilib, həmçinin Xankəndi ŞəhərMəhkəməsinin inzibati binasında IT infrastrukturunun yaradılması və“Elektron məhkəmə” informasiya sisteminin istifadəyə verilməsi üzrəişlər davam etdirilib.
Bundan başqa, Şuşa Rayon və Xankəndi Şəhər məhkəmələrininyerləşdiyi inzibati binalarda məhkəmə zallarının informasiya vəkommunikasiya texnologiyaları ilə təchizatı işi yekunlaşmaqüzrədir.
Ağdam, Füzuli rayon məhkəmələri və Füzuli Hərbi Məhkəməsi üçünyeni inzibati binaların inşasının nəzərdə tutulması ilə bağlımüvafiq qaydada müraciət olunub.