AZ

Çinlə Mərkəzi Asiya ölkələri arasında münasibətlər dərin transformasiya mərhələsindən keçib - Eldor Aripov

Bakı. Trend:

Çinlə Mərkəzi Asiya ölkələri arasında münasibətlər dərintransformasiya mərhələsindən keçib.

Trend xəbər verirki, bunu Özbəkistan Respublikası Prezidentinin yanında Strateji vəRegionlararası Araşdırmalar İnstitutunun direktoru Eldor Aripov bugün “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradanqaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunda çıxışı zamanıbildirib.

“Artıq on il əvvəl Çin Mərkəzi Asiyanın bütün ölkələri üçün birnömrəli investora çevrilmişdi. Ötən il Çinlə Mərkəzi Asiya arasındaticarət dövriyyəsi tarixi rekord səviyyəyə – 106 milyard dollaraçatdı. Çinin regiona ümumi investisiyalarının həcmi isə 40 milyarddollara yüksəldi”, – o bildirib.

Aripov vurğulayıb ki, söhbət yalnız iqtisadiyyatdan getmir.Çinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının bütün arxitekturasıdəyişir. Əvvəllər qarşılıqlı fəaliyyət əsasən ikitərəfli formatdaqurulurdu, lakin bu gün Çinin daimi katibliyi olan öz formatı –“Mərkəzi Asiya + Çin” mexanizmi mövcuddur.

“Bu formatın son sammitində Çin Mərkəzi Asiya ölkələrinəkreditlər və qrantlar şəklində 3,7 milyard dollar təqdim edəcəyinivəd edib”, – deyə Aripov qeyd edib.

Onun sözlərinə görə, infrastruktur sahəsində əməkdaşlıqgenişlənir, Çinlə Qazaxıstan arasında yeni quru nəqliyyatdəhlizlərinin tikintisi həyata keçirilir ki, bu da regiondalogistik problemlərin həllinə kömək edir.

Seçilən
3
az.trend.az

1Mənbələr