AZ

Türkiyəni qarışdırdı, Azərbaycanı hədəf aldı: Gergerlioğlu Laçınla bağlı tapşırığı kimdən alıb?

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Son günlər Türkiyədə əleyhimizə kampaniya aparılır, qardaş ölkənin ictimaiyyətində Azərbaycana qarşı əsassız ittihamlarla manipulyasiya həyata keçirilirdi. Lakin ötən gün Türkiyə parlamentində məşhur PKK-separatçı kürd fanatizminin təbliğatçılarından deputat Ömer Faruk Gergerlioğlunun birbaşa Azərbaycanı hədəf alan, ittiham dolu çıxışından sonra bu vəziyyət tamamilə dəyişdi. Artıq qardaş ölkənin ictimaiyyəti yavaş-yavaş hər şeyin fərqinə varır.

Gergerlioğlu Bakının Ankaraya müraciət edərək onun toxunulmazlığının qaldırılmasını istədiyini iddia edib.

Bəs Gergerlioğlu kimdir?

Çox maraqlıdır ki, elə Türkiyədəki türklərin ən çox kinli olduğu, sevmədiyi, dəstəkləmədiyi, türk olmasından utandığını bildirdiyi bu şəxsin deputat mandatının əlindən alınması, ümumiyyətlə vətəndaşlıqdan çıxarılmasını istəyən yüz minlər, hətta milyonlarla türk var. Hazırda da ölkəmizi hədəf aldığı çıxışına dair paylaşımına gələn rəylərdə də yazılır ki, Azərbaycan düz deyir, biz Türkiyə vətəndaşı kimi dəstəkləyirik. Təəccüblü deyil ki, Gergerlioğlu məhz ölkədə kürd separatizmini dəstəkləyən, türklərin “ayrı-seçkilik” etdiyi fikrini müdafiə edən DEM Partiyasının üzvü və parlamentdə təmsilçisidir. Bu şəxs ömrünü dağlara çıxıb Türkiyə ordusuna qarşı döyüşən, qətliamlar edən, 40 ildən çoxdur “əzilirik” sözlərinin arxasına gizlənib ölkəni bölməyə çalışan PKK və separatçı kürd icmalarının adamıdır. Söhbət terrora dəstək verən kəsimdən gedir, sadə Türkiyə vətəndaşı olan kürdlərdən deyil. Efirlərə çıxıb Türkiyədə kürd probleminin olduğunu deyib “çözüm süreci” fikrini ən çox müdafiə edənlərdən biri də məhz Gergerlioğludur. Halbuki bu partiyanın fəaliyyətini yaxından izləyən, son 40 ildə baş verən proseslərdən nisbətən məlumatlı olan istənilən şəxs məqsədin başqa olduğunu yaxşı anlayır. İsrarla qəbul etdirməyə çalışdığı “çözüm süreci” təklifi ilk həyata keçirildiyi zaman buna sadəcə Türkiyədəki sadə vətəndaşlar və hökumət riayət etmiş, separatçılar isə əskinə, öz təklifləri olmasına baxmayaraq xəndəklər qazmış, uşaqdan böyüyə bir çox insanı silahlandıraraq terror əməlləri həyata keçirmişdilər.

Gergerlioğlu “türk” ifadəsini belə sevmir, sadəcə işinə gələndə vurğu edir, “türkiyəli” deyir, amma kürdlərin “mən kürdəm” deməsi üçün mübarizə apardığını bildirir. Faktiki bölücüdür, məhz Azərbaycanı ad çəkərək tənqid etdiyi mərkəzlərdən  maliyyələşib tamaşa quraraq ölkənin şərq bölgəsindəki separatçılığa arxa çıxır. Bu deputatın sadəcə müsahibələri, açıqlamalarına baxmaq belə kifayətdir, hər şey anlaşılır.

Qarabağ müharibəsi zamanı fəaliyyəti və ermənilərlə əlaqəsi

Ömer Faruk Gergerlioğlu Türkiyədə sadəcə separatçı kürdləri deyil, 100 illik cümhuriyyət ideallarına, Mustafa Kamal Atatürkün qurduğu sistemə, ölkənin konstitusiyasına qarşı çıxan istənilən qeyri-türk millətin bölücü icmasını dəstəkləyir. Bura Türkiyədə yaşayan ermənilər də daxildir. Onun bu ölkədəki erməni diasporası ilə əaqəyə keçdiyi, Azərbaycana qarşı çağırışları dəstəklədiyinin dəfələrlə şahidi olmuşuq. Qarabağ işğaldan azad edildikdən sonra belə susmamış, Azərbaycanı Laçın dəhlizini bağlayaraq erməniləri “aclıq və çarəsizliyə məcbur buraxmaq”da ittiham etmişdi.

Gergerlioğlu hətta Türkiyədə yaşayan ermənilərin media quruluşları ilə əlaqəyə keçib özü kimi bölücü fikirdə olan “türk” əsilli vətəndaşlarla Bakını hədəf alacaq bəyanat yaymışdı. Sözügedən mətndə açıq şəkildə erməni lobbisinin iddiaları müdafiə edilir və əsas götürülür, Azərbaycan “aqressor” kimi təqdim edilirdi.

Xülasə, öz ölkəsində belə şəxsi və fəaliyyətinə münasibət birmənalı olmayan, müdafiə etdiyi kütlə tərəfindən belə sevilmədiyi, ciddiyə alınmadığı davamlı olaraq vurğulanan birinin deputat statusu daşıması, əlbəttə, təəssüf doğurur. Belə bir şəxsin Azərbaycana hədəf seçməsi isə heç də təəccüblü deyil. Çünki Gergerlioğlu mənsub olduğu soyu, qanı, müəyyən maraqlarına qurban verməyə həvəsli, müasir dövrün yetişdirdiyi nəsillərə ibrət olacaq bir fiqurdur.

Ayşən Mustafa

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
globalinfo.az

1Mənbələr