ain.az bildirir, Azpolitika.az portalına istinadən.
Omanda Sohar vilayətində pilotsuz uçuş aparatının düşməsi nəticəsində iki nəfər həlak olub.
"Report"un məlumatına görə, bu barədə Omanın dövlət informasiya agentliyi təhlükəsizlik xidmətindəki mənbəyə istinadən xəbər verir.
Bundan əlavə, bir neçə nəfər yaralanıb.
Mənbənin məlumatına görə, PUA Əl-Əvahi sənaye rayonuna düşüb. Həlak olanlar xarici vətəndaşlar olub.
Daha bir pilotsuz uçuş aparatı da Sohar vilayətində vurulub.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.