AZ

"Vaşinqton Sülh Sammitinin ən mühüm nəticələrindən biri Zəngəzur dəhlizinin əsasının qoyulması oldu"

"2025-ci il Azərbaycan üçün siyasi sabitliyin daha da möhkəmləndiyi və iqtisadi inkişafın ardıcıl şəkildə həyata keçirildiyi mühüm mərhələ kimi yadda qaldı. Konstitusiya və Suverenlik ili elan edilən 2025-ci il dövlət suverenliyinin möhkəmləndirilməsi, bərpa olunan ərazilərin reinteqrasiyası və milli iqtisadiyyatın yeni inkişaf mərhələsinə keçidi baxımından mühüm siyasi mərhələ kimi qiymətləndirilə bilər".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin iclasında Baş nazir Əli Əsədov bildirdi.

O əlavə etdi ki, il ərzində ölkəmiz qlobal və regional platformalarda təşəbbüskar mövqeyini daha da möhkəmləndirib:

"Sülh və əməkdaşlıq gündəliyinin təşviqi istiqamətində fəal səylər göstərdi. Bu baxımdan, 2025-ci il 8 avqust tarixində Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqtonda baş tutan zirvə görüşü bölgəmizdə yeni geosiyasi reallıqların formalaşmasına, regionda dayanıqlı sülh və inkişaf üçün əlverişli şəraitin yaranmasına imkan verdi. Vaşinqton Sülh Sammitinin ən mühüm nəticələrindən biri isə beynəlxalq sülh dəhlizi olan nəqliyyat marşrutu, Zəngəzur dəhlizinin əsasının qoyulması oldu".

Nuriyyə NATİQQIZI

Seçilən
20
redaktor.az

1Mənbələr