AZ

Azərbaycanın bu qədər valyuta ehtiyatı var

“Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard ABŞ dollarına çatıb”.

“Yeni Sabah” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında – Nazirlər Kabinetinin 2025-ci il üzrə fəaliyyəti haqqında hesabatı təqdim edərkən qeyd edib.

O bildirib ki, ötən il ölkənin strateji valyuta ehtiyatları təxminən 14 milyard ABŞ dolları və ya 20 % artaraq 85 milyard ABŞ dollarını ötüb.

“Bu, ÜDM-in 12 %-ni təşkil edir və dünyada adambaşına düşən valyuta ehtiyatlarına görə ən yüksək səviyyələrdən biridir. Eyni zamanda, xarici dövlət borcunu (4,8 milyard ABŞ dolları) 18 dəfə üstələyir”, - Baş nazir vurğulayıb.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
27
1
yenisabah.az

2Mənbələr