AZ

İraqda pilotsuz təyyarənin hücumu nəticəsində altı fransız əsgəri yaralanıb

İki pilotsuz təyyarə kürd Peşmərgə hərbi bazasına hücum edib. Altı fransız əsgəri yaralanıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə İraqın Ərbil əyalətinin qubernatoru Ümid Xoşnəv Rudaw TV-yə açıqlamasında bildirib.

“Ərbil əyalətinin Mala Qara rayonuna endirilən zərbə nəticəsində altı fransız əsgəri yaralanıb”, – deyə qubernator bildirib.

Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başladılar. Buna cavab olaraq İran İsrailə və Yaxın Şərqdəki Amerika hərbi bazalarına zərbələr endirdi.

Seçilən
82
veteninfo.az

1Mənbələr