Newscenter.az saytına istinadən ain.az xəbər verir.
“Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə səfəri Avropada Azərbaycana artan maraqdan irəli gəlir. Hazırkı vəziyyətdə artan regional münaqişələr Avropanın enerji təhlükəsizliyi, onun enerjiyə olan tələbatını ciddi şəkildə təhdid altında qoyub. Rusiya-Ukrayna müharibəsinin ardınca ABŞ-İran savaşı ölkələrin enerji təminatı və təchizatını problemsiz ötüşdürməyib. Bu təhdid təbii ki, Avropadan da yan keçmir. Ona görə də indiki məqamda Avropanın Azərbaycanın enerji resurslarına ehtiyacı özünü daha qabarıq şəkildə büruzə verir. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə səfəri də məhz bundan qaynaqlanır”.Newscenter.az xəbər verir ki, bunları politoloq Arzuman Muradlı Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfərini şərh edərkən deyib. O diqqətə çatdırıb ki, Bakıda baş tutan yüksəksəviyyəli görüş zamanı prezidentlər Azərbaycan-Avropa İttifaqı (Aİ) tərəfdaşlığının strateji əhəmiyyətini vurğulayaraq, təhlükəsizlik, enerji və nəqliyyat sahələrində əməkdaşlığa diqqət çəkdilər:“Həmçinin, görüşdə son dövrlərdə keçirilmiş yüksəksəviyyəli görüşlərin müsbət dinamikasına əsaslanaraq siyasi dialoqun və praktiki əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiqliklərini ifadə etdilər. Çünki qeyd edilən istiqamətlərdə qurulan əməkdaşlıq hər iki tərəfin, Avropa İttifaqı və Azərbaycanın ortaq maraqlarına xidmət edir. Avropa Azərbaycan qazı hesabına özünün enerji təhlükəsizliyini təmin edir, Azərbaycan isə öz növbəsində qaz tədarükü etdiyi ölkələrin sayını artırır. Görüşdə də qeyd edildiyi kimi yaxın perspektivdə Azərbaycan qazının tədarükünün 20 milyard kubmetrə çatdırılacağı nəzərdə tutulur ki, bu da ölkəmiz üçün yeni bazarların amılması deməkdir".Arzuman Muradlı deyib ki, Antonio Koştanın ölkəmizə səfəri Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıqda yeni imkanlar açacaq.Süleyman
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.