AZ

İran açıqladı: Bu ölkələri vuracaq 

İran mediası ölkəyə qarşı mümkün hərbi hücum halında Körfəz regionunda yerləşən bəzi enerji infrastrukturlarının “qanuni hədəf” hesab edilə biləcəyini açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə İranın “Fars News” agentliyi məlumat yayıb. Bildirilir ki, ilkin araşdırma çərçivəsində regiondakı bir sıra iri neft və qaz obyektlərinin adları açıqlanıb.

Məlumata görə, siyahıda aşağıdakı obyektlər qeyd olunub:

Samarra Neft Emalı Zavodu (Səudiyyə Ərəbistanı);

Əl-Hüsn Qaz Təsisləri və Sahəsi (BƏƏ);

Əl-Cübeyl Neft-Kimya Zavodu (Səudiyyə Ərəbistanı);

Q-Chem Neft-Kimya Zavodu və Musaid Chevrob Holding (Qətər);

Ras Laffan Neft Emalı Zavodu (BƏƏ).

Agentliyin məlumatına görə, adı çəkilən obyektlər regionda strateji enerji infrastrukturu hesab olunur və İran tərəfi onları mümkün cavab tədbirləri kontekstində qiymətləndirir.

Rəsmi Tehran məsələ ilə bağlı hələlik əlavə açıqlama verməyib.

Seçilən
0
veteninfo.az

1Mənbələr