AZ

Azərbaycanda 60 mindən çox aktiv vakansiya var

Əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi proqramı üzrə sosial iş yerlərində 2025-ci il üzrə 1 763 (o cümlədən Naxçıvan Muxtar Respublikası (NMR) üzrə 68) nəfərlə əmək müqaviləsi bağlanılaraq işə qəbul edilib.

Day.Az bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Bildirilib ki, hesabat ilində ümumilikdə 218 (NMR üzrə 1) sayda əmək yarmarkası təşkil edilib, bu yarmarkalarda 2 221 (o cümlədən NMR üzrə 42) müəssisə və təşkilat tərəfindən 18,7 min (o cümlədən NMR üzrə 147) vakansiya təqdim edilib, 819 (o cümlədən NMR üzrə 57) nəfər işlə təmin edilib. 2025-ci il ərzində işğaldan azad edilmiş ərazilərdə 18 əmək yarmarkası keçirilib. Həmin əmək yarmarkalarında 70 işəgötürən tərəfindən 767 vakansiya təqdim edilib, 991 işsiz şəxs iştirak edib, 37 nəfər işlə təmin edilib.

Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (MEİS) "Əmək və məşğulluq" altsisteminə (ƏMAS) 2025-ci ildə 23,6 min işəgötürən tərəfindən 572,2 min vakansiya daxil edilib, "Vakansiya bankı"nda olan aktiv vakansiyaların sayı 2025-ci il 30 dekabr tarixinə 61,5 min olub.

Hesabat dövründə əmək bazarında ən çox tələb olunan peşələrin adlarının müəyyən edilməsi ilə bağlı həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsistemlərindən, həm də özəl işədüzəltmə fəaliyyəti ilə məşğul olan şirkətlərin saytlarında aparılmış təhlillər, habelə aidiyyəti qurumlara və işəgötürənlərə ünvanlanmış məktublar əsasında əmək bazarının tələblərinə uyğun aktual peşələrin siyahısı müəyyənləşdirilib.

Müəyyən olunmuş peşə adlarının müzakirəsi üçün "Bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyasının Əsasnaməsi"nə uyğun olaraq fəaliyyət göstərən sahə komissiyalarının 46 iclası keçirilib və iclaslarda ümumi 100 peşə adı və 300 (150 peşə və 150 kvalifikasiya) peşə standartı təsdiq olunub.

Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2025-ci ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayı özəl sektorda 48 min artaraq 1 034 min, ümumilikdə isə 22 min artaraq 1 895 min təşkil edib.

Seçilən
17
1
day.az

2Mənbələr