AZ

500 dən artıq əlil olmuş hərbçi dövlət tərəfindən ən müasir protezlərlə təmin edilib

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Hesabat ilində əhalinin sağlamlığının qorunması, səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması və əlçatanlığın təmin olunması məqsədilə səhiyyə xərcləri sahəsinə büdcədən təxminən 1.3 milyard manat vəsait ayrılıb".

Redaktor.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı zamanı dedi.

"Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanın Əliyevanın daim diqqət və qayğısı ilə son illərdə 16 min şəhid ailəsinə və müharibə əlilinə, onların ailələrinə dövlət tərəfindən mənzillər verilib, müharibə zamanı 500-dən artıq əlil olmuş hərbçi dövlət tərəfindən ən müasir protezlərlə təmin edilib", - deyə hökumət rəhbəri qeyd etdi.

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
1
redaktor.az

2Mənbələr