AZ

Azərbaycan ötən il ərzaq təhlükəsizliyinə 504 milyon manat xərcləyib

2025-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlətin maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 504 milyon manat vəsait ayrılıb.

"Cebheinfo.az" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında - Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabatın təqdimatı zamanı bildirib.

Onun sözlərinə görə, ölkə ərazisində mövcud olan su ehtiyatlarından səmərəli istifadə edilməsi, fermerlərin suvarma suyu ilə təchizatı, suvarma sahələrinin genişləndirilməsi və digər tədbirlərin maliyyə təminatı üçün isə 539 milyon manat (23% çox) vəsait yönəldilib.

"Cebheinfo.az"

Seçilən
4
2
cebheinfo.az

5Mənbələr