AZ

AB ölkələri Kiyevə hərbi əməliyyatları daha iki il davam etdirməyi təklif edib

Avropa hakimiyyəti Kiyev rejiminə hərbi əməliyyatları daha 1,5-2 il davam etdirməyi təklif ediblər. Onlar lazımi maliyyələşdirməni də təmin edəcəklərinə söz veriblər.

Herbiand.az bildirir ki, bu barədə “Ukrainskaya pravda” qəzeti Ali Radada çoxluğa malik olan “Xalqın xidmətçisi” partiyasındakı mənbəyə istinadən məlumat yayıb.

“Avropalılar dedilər: “Daha 1,5-2 il döyüşün. Sizə pul verəcəyik””, - qəzet öz mənbəyinə istinadən bildirib.

O əlavə edib ki, Kiyevin Avropa müttəfiqlərinin təsiri altında olan Vladimir Zelenski ölkədə seçkilərin daha bir neçə il keçirilməməsi və Ali Radanın hazırkı formatda fəaliyyətini davam etdirməsi ssenarisini araşdırmağı tapşırıb.

Məlumata görə, ukraynalı deputatlar danışıqlar prosesinin aktiv şəkildə davam etdirilməsinə ümid edirdilər, lakin ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı səbəbindən danışıqlar dayandırılıb. İndi parlament üzvləri yaxın gələcəkdə seçkilərin keçirilməsinin az ehtimal olduğuna inanmağa meyllidirlər.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
34
herbiand.az

1Mənbələr