Bakı, 13 mart, AZƏRTAC
2025-ci ildə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən 504 milyon manat maliyyə dəstəyi ayrılıb.
AZƏRTAC xəbər verir ki, bunu Baş nazir Əli Əsədov martın 13-də Milli Məclisdə çıxışı zamanı deyib.
Baş nazir bildirib ki, ölkə ərazisində mövcud olan su ehtiyatlarından səmərəli istifadə edilməsi, fermerlərin suvarma suyu ilə təmini, suvarma sahələrinin genişləndirilməsi və digər tədbirlərin maliyyə təminatı üçün 539 milyon manat məbləğində vəsait yönəldilib.