Bakı.Trend:
Qubada xeyli silah-sursat aşkarlanıb.
Trend-inməlumatına görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindənkeçirilən profilaktik tədbirlər zamanı vətəndaşlar tərəfindənkönüllü olaraq 4 ov tüfəngi, 1 avtomat, 30 patron və 1 ədəd patrondarağı polisə təhvil verilib.
Bundan əlavə, rayonun Qonaqkənd qəsəbəsi ərazisində 1 qumbara, 6ov tüfəngi və 19 ədəd patron aşkarlanıb.