Moda dizayneri və sosial media fenomeni Ayşegül Eraslan intihar edib.
Musavat.com xəbər verir ki, 27 yaşlı fenomen ilə qohumları əlaqə saxlaya bilməyiblər və onun evinə gediblər. Qapını döyəndə heç kim cavab verməyib və onlar hadisəni polisə bildiriblər.
Evə girən polis Ayşegül Eraslanı hərəkətsiz vəziyyətdə tapıb. Tibbi qruplar onun vəfat etdiyini təsdiqləyiblər.
Cinayət yeri araşdırma qrupları və dövlət prokuroru tərəfindən aparılan araşdırmadan sonra Ayşegül Eraslanın cəsədi dəfn maşını ilə Məhkəmə Tibbi Ekspertiza İnstitutunun morquna aparılıb.
Məlum olub ki, Eraslan ölümündən bir müddət əvvəl sosial media hesabında "Paylaşa bilməyəcəyim, bilmədiyiniz, sizə demədiyim şeylər olacaq. Bildiyim tək şey odur ki, mən çox yaxşı insan idim. Heç vaxt heç kimə pislik etməmişəm" yazılı bir qeyd paylaşıb.
Başqa bir paylaşımda Eraslan "Mən həssasam, ya da həyat həqiqətən pisdir. Sadəcə itlərimə yaxşı baxmağınızı istəyirəm. Həyatımda insanlara həmişə dəyər vermişəm. Həmçinin atamdan üzr istəyirəm. Bu həyatda heç vaxt ana və ya ata sevgisi görmədim; çox zorakı bir mühitdə böyümüşəm" yazılı bir qeyd paylaşıb.
Hadisə ilə bağlı polis araşdırması davam edir.
Qeyd edək ki, Ayşegül Eraslan Türkiyədə yayımlanan "İşte benim stilim" moda yarışmasında iştirak etdikdən sonra tanınıb.
Könül
Musavat.com


