AZ

Azərbaycanda istehsal olunan qaz məhsullarının həcmi açıqlanıb

Azərbaycanda 2025-ci ildə Qaz emalı zavodunda 3 036 mln. kubmetr təbii qaz emal edilib.

APA-Economics” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Hesabata əsasən, emal olunmuş təbii qazdan 2 986 mln. kubmetr təmizlənmiş quru qaz, 12,4 min ton texniki butan və 24,4 min ton qaz benzini istehsal olunub.

“Qaz benzininin bütün həcmi xammal kimi "Azərikimya" İB-yə təchiz edilib, texniki butan isə bütövlükdə daxili bazarda satışa yönəldilib”, - hesabatda qeyd olunur.

Bildirilir ki, 2025-ci ildə neft-kimya sahəsində də istehsal dinamikası təmin edilib. Belə ki, hesabat dövründə SOCAR-ın "Azərikimya" İstehsalat Birliyində 523 min ton xammal emal edilərək 144 min ton propilen, 152 min ton etilen, 51 min ton polietilen və 101,3 min ton digər qiymətli nert-kimya məhsulları alınıb.

“Hesabat ilində Karbamid Zavodunda 587 min ton azot gübrəsi (karbamid) istehsal edilmişdir. 2025-ci il ərzində satılan 610 min karbamid məhsulunun 73 min tonu daxili bazara, 537 min ton isə ixraca yönəldilib. Metanol Zavodunda isə 440,7 mln. kubmetr həcmində qaz emalı hesabına 407,5 min ton metanol istehsal olunaraq 95,0%-i ixraca yönəldilib”, - hesabatda deyilir.

Əlavə etmək lazımdır ki, 2025-ci ildə "SOCAR Polymer" MMC tərəfindən 149 min ton polipropilen və 96 min ton yüksək sıxlıqlı polietilen məhsulu istehsal edilib ki, bunların da 217 min tonu ixrac edilib, 5,9 min tonu isə daxili bazarda satılıb.

Seçilən
40
apa.az

1Mənbələr