AZ

NK: 3,8 min nəfər vərəm xəstəsi qeydiyyatda olub

Vərəmlə mübarizə tədbirləri çərçivəsində ölkə üzrə 3,8 min nəfər vərəm xəstəsi qeydiyyatda olub.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Məlumata görə, qeydiyyatda olan xəstələrin 2,9 min nəfəri dərmanlara həssas vərəm xəstələri, 870 nəfəri isə dərmana davamlı vərəm xəstələridir.

Vərəm xəstələrinin müalicəsinin davamlılığını və əlçatanlığını təmin etmək məqsədilə Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu il ərzində vərəm əleyhinə mono və kombinə olunmuş dərman vasitələri ilə təmin olunub.

Qeyd edək ki, bu göstəriciyə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin məlumatları daxil deyil.

Seçilən
19
apa.az

1Mənbələr